Dünyanın bütün böyük şəhərlərində küçə ticarəti mövcuddur.
Çox uzağa getməyək, qardaş Türkiyənin İstanbul şəhərində bu gün də küçə ticarəti var. Və burda da heç bir qəbahət yoxdur. Gündüz səhər saatlarında gecəyə qədər İstanbulun bütün küçələrində şıdırğı alış- veriş gedir.Gəcə saatlarında satış başa çatandan sonra Şəhər Bələdiyyəsinin təmizlik işlərinə baxan əməkdaşları bürün prospekt və küçələrdəki tullantıları, zibilləri təmizləyir, həmin yerləri dezinfeksiya edirlər. Artıq şəhər səhər saatlarında gül kimi olur. Bax, bu təcrübə Bakı da geniş yayılmalıdır.
Amma 30 il bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə küçə ticarəti qadağan edilib. Və bundan sonra paytaxtda icra orqanları bu qərarı yerinə yetirir, küçə ticarətinə imkan vermir. Bu gün ölkəmizdə işsizlərin də sayı az deyil və adamlar dolanışıq üçün küçədə alver edirlər.Həmin qərarı əldə rəhbər tutan vəzifə sahibləri ya onlardan pul alır, pul verməyəndə isə belələrini qovurlar. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin küçə ticarətinin ləğv etməklə bağlı qərarı ləğv edilməli, bütün yerlərdə həmin insanlara şərait yaradılmalıdır.
Tullantılar və zibillər isə Mənzil Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən daşınmalıdır. Bu pulları isə ticarətlə məşğul olan şəxslər ödəməlidir. Ümumiyyətlə, qeyd etdiyimiz sahədə hansı bürokratik əngəllər varsa, hamısı aradan qaldırılmalıdır!
Emil Faiqoğlu