RU

Ukraynanın müdafiə naziri dörd müavinini işdən çıxarır


Ukraynanın müdafiə naziri Rustem Umerov Nazirlər Kabinetinə 3 müavininin işdən çıxarılması ilə bağlı vəsatət təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Umerov bundan əlavə Müdafiə Nazirliyinin dövlət katibinin vəzifəsindən azad edilməsi barədə vəsatət təqdim edib.
“Mən Ukrayna Nazirlər Kabinetinə müdafiə nazirinin müavinləri – Stanislav Qayder, Aleksandr Sergey, Yuri Djigir və Lyudmila Daraqanın vəzifədən azad edilməsi ilə bağlı təqdimatı imzaladım”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidməti Umerovdan sitat gətirib.
“Yeni təyinatlar, o cümlədən nazir müavinləri barədə sizə ayrıca məlumat verəcəyəm”, - Umerov əlavə edib.
Ali Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, oktyabrın 1-də nazir müavinlərinin vəzifədən azad edilməsi prosedurunun yekunlaşacağı hökumət iclası keçiriləcək.
“Prosedura uyğun olaraq, Umerov Nazirlər Kabinetinə müavinlərin vəzifədən azad edilməsi ilə bağlı təklif təqdim edir, Nazirlər Kabineti isə öz qərarı ilə onları vəzifədən azad edir. Bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək. Deməli, onlar bu gün işdən çıxarılacaqlar”, - deyə deputat “Telegram” kanalında yazıb.
Qeyd edək ki, Qayder, Djigir və Daraqan Umerov müdafiə naziri olduqdan sonra 2023-cü ilin payızında müdafiə nazirinin müavini təyin edilib. Aleksandr Sergey isə 2024-cü ilin iyulundan müdafiə nazirinin müavinidir.
Избранный
2
1
yeniavaz.com

2Источники