RU

"Domino daşı"ndakı sirr: İsrail onları da aradan götürəcək

Xəbər verdiyimiz kimi, Yaxın Şərqin ən güclü siyasilərindən sayılan Hizbullah lideri Həsən Nəsrullah Beyrutda öldürülüb.
 
İsrail tərəfindən öldürülən Hizbullah lideri Həsən Nəsrullahın cansız cəsədi dağıntılar altından çıxarılıb.

Bu sui-qəsd hadisəsi Yaxın Şərqdə hər şeyi alt-üst edib.
 
Hücumdan sonra İsrailin yayımladığı \"domino daşları\"nı əks etdirən sual işarələri maraq doğurub.
 
Xarici hərbi ekspertlər İsrailin hədəfinin kim ola biləcəyini ehtimal ediblər.
  
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli akademik Özen Zeynep Oktav bu görüntüləri belə şərh edib:
 
\"İranı hərtərəfli qorxutmaq üçün mərhum general Qasim Süleymaninin varisi İsmayıl Kaanini hədəfə ala bilərlər. HƏMAS lideri Yəhya Sinvara qarşı çoxlu sui-qəsd cəhdləri olub. Bu cəhdlər davam etdiriləcək. Ancaq sui-qəsdlər nə HƏMAS-ı, nə də \"Hizbullah\"ı yox edə biləcək. Onlar yalnız özlərini yorurlar və bir müddət ruhdan salırlar. Bu, bizim döyüş ambisiyalarını daha da artıracaq\".

Daha bir türkiyəli alim Əli Fuat Gökçe İranın dini lideri Xamneyiyə işarə edərək \"Hədəflər arasında Husilərin lideri Əbdülməlik əl-Husi də var. O və HƏMAS-ın lideri bu dəfə mümkün hədəflərdir\", - deyə alim bildirib.
 
Daha bir hərbi eksperti Mehmet Koç da növbəti hədəfin İsmayıl Kaan olduğunu açıqlayıb:
 
\"Növbəti şikar İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Kaani ola bilər. O, Qasım Süleymaninin yerinə təyin edilib. Husilərin lideri Əbdül Malik Əl Husi də onların siyahısındadır”.

Yaxın Şərq üzrə mütəxəssis Mete Sohtaoğlu \"Ridvan Qüvvələrinin komandanı Ebu Əli Rıza Hizbullahın sağ qalan sonuncu səhra komandiridir. O, üzü örtülü halda ictimaiyyət qarşısına çıxır. O, \"Həmas”ın yeni lideri Yəhya Sinvar da əvvəldən hədəfə çevrilib”, - deyə qeyd edib.

Təqaüdçü diplomat Gülru Gezer isə \"İsrail sui-qəsdlər vasitəsilə təşkilatları iflic etməyi planlaşdırır. Onsuz da onların əsas hədəfi Yəhya Sinvardır.  Xamneyiyə meydan oxumağa cəsarət edib-etmədiklərini bilmirəm. Çünki bu, böyük böhrana səbəb olacaq”, - açıqlamasında əlavə edib.

İran üzrə ekspert Çağatay Balcı: \"Suriyada və Livanda mərkəzləşmiş sui-qəsdlər ola bilər. Bəşər Əsədin qardaşı Mahir Əsədi və Husi liderlərini dominolarda gizlətmiş ola bilərlər. İnqilab Keşikçiləri Hava Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə də hədəflər siyahısındadır\".

Akademik Aylin Ünver Noi də \"Hədəf Xamneyi ola bilər. Aydındır ki, Hizbullahın qalan liderləri də İsrailin siyahısındadır”, - deyə fikirlər yekunlaşıb.
 
Mikayıl
 

 


Избранный
11
2
azxeber.com

4Источники