RU

Səkidə tikilən naməlum obyekt piyadaların yolunu kəsir- FOTO

Paytaxtın Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində tikilən naməlum obyekt piyadalara çətinlik yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, metronun "Elmlər Akademiyası"nın əsas çıxışından Bakı Dövlət Universitetinə gedən istiqamətdə aparılan tikinti barəsindəheç bir məlumat lövhəsi yerləşdirilməyib. Hər gün səhər, günorta və axşam pik saatlarda bu yoldan minlərlə tələbə, ərazidə yaşayan və işləyən insanlar keçib gedir. Təbii ki, sıxlıq yaranır. Əvvəllər eni 5 metrdən çox olan səkinin 3 metri tikinti tərəfindən zəbt edilib.

Qeyd edək ki, bir müddət əvvəl ərazidəki iaşə pbyekti həmin səkiyə stollar qoyaraq restoranın ərazisini genişləndirmişdi. Hazırda isə köhnə binaya yeni beton konstruksiyaların əlavə edildiyi görünür. Ehtimal olunur ki, burda terras inşa ediləcək. Fotoları təqdim edirik:

Könül

FOTO QALEREYA
Избранный
9
avtosfer.az

1Источники