RU

Mərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

30 sentyabr 2024-cü il, Bakı: Azərbaycanda mərkəzi bankçılığınyaranmasının 105 illik yubileyi münasibətilə Mərkəzi Banktərəfindən tədbir keçirilib.

Trend xəbər verir ki, MərkəziBankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Bankın kollektivi Fəxrixiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.Ziyarət iştirakçıları tərəfindən Ulu öndərin məzarı üzərinə güldəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarıziyarət edilib, üzərinə gül dəstələri düzülərək ehtiram nümayişetdirilib.

Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlərxiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrundaşəhid olmuş həmvətənlərimizin məzarlarına və “Əbədi Məşəl”abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirələri yadedilib.

Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu öndərin büstüqarşısına əklil qoyulub və Bankın əməkdaşlarının iştirakı ilə 105illik yubileyə həsr olunan görüş keçirilib. Dövlət Himni iləbaşlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrundacanını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin hörmət vəehtiram bir dəqiqəlik sükutla ifadə olunub.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov uzuninkişaf yolu keçmiş mərkəzi bankçılığın tarixindən bəhs edərək,müstəqillik əldə etdikdən sonra ölkəmizdə bank-maliyyə sistemindəUlu öndər Heydər Əliyevin uzaq hədəflərə hesablanmış islahatlarınınbu gün də tərəqqiyə mühüm töhfə verdiyini vurğulayıb. O, möhtərəmcənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin maliyyəsektorunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatdırılması üçünkompleks islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.Sədr Bankın bütün əməkdaşlarının həyata keçirilən islahatlarda fəaliştirakını xüsusi qeyd edərək bundan sonra da qarşıya qoyulanməqsədlərin icrasında uğurlar arzu edib.

Mərkəzi Bankın sədri çıxışı zamanı görüşdə iştirak edən və uzunmüddət Mərkəzi Bankda çalışmış əməkdaşlara təşkilatın və sektoruninkişafına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Mərkəzi
Избранный
10
5
az.trend.az

6Источники