RU

Bombardirlər siyahısı açıqlanıb: Olaviyo Juninyonun vurduğu qollar qeydə alınmayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə milli komanda və qitəmiqyaslı klub turnirlərində ən azı 8 qol vuranlar yer alıblar. "Qarabağ"ın futbolçusu Olaviyo Juninyonun qolları qeydə alınmayıb.
Oxu.Az xəbər verir ki, siyahıya "Olimpiakos"un mərakeşli hücumçusu Ayub Al-Kaabi başçılıq edir. 15 qol vuran afrikalı klubda 11, yığmada 4 dəfə fərqlənib.
"Əs-Sədd"in qətərli forvardı Akram Afif ikinci, "Bavariya"nın ingilis ulduzu Harri Keyn üçüncüdür. Onların hər ikisi 14 dəfə fərqlənib.
"Qarabağ"ın bombardiri Olavio Juninyo avrokuboklarda ümumilikdə 9 qol vursa da, siyahıya daxil edilməyib. Buna təsnifat mərhələlərinin qollarının nəzərə alınmamağı səbəb olub. Əsas raundlarda 3, təsnifatda 6 dəfə fərqlənən braziliyalı bu üzdən cədvəldən kənar düşüb.
Qeyd edək ki, yalnız 19 futbolçu ilin ilk 9 ayında 8 və ya daha çox qol vurmağı bacarıb.
Избранный
8
oxu.az

1Источники