RU

16 otaqlı ev tamamilə yandı

Bu gün Hacıqabul rayonunda yanğın hadisəsi olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Abdulabad kəndində ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı ev yanıb.

Hadisə nəticəsində yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
14
5
qafqazinfo.az

7Источники