RU

133 nəfər öldü: Prezident səfər planlaşdırdı

Ötən həftə 4-cü kateqoriya ilə ABŞ-nin Florida ştatının sahil zolağına çatan “Helene” qasırğası böyük fəlakət törədib.

Fəlakət nəticəsində ölkənin cənub-şərq əyalətlərində ölənlərin sayının 133-ü keçdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının mənfi təsirləri davam edir.

Qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ən azı 133 nəfər həyatını itirib.

Digər tərəfdən, Daxili Təhlükəsizlik Nazirliyinin Federal Fövqəladə Hallar İdarəsi Agentliyinin (FEMA) səlahiyyətliləri, Helene qasırğasının yaratdığı fəlakətlər səbəbiylə 1000-dən çox insanın sığınacaqlarda qaldığını açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin bu həftə qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.

Избранный
8
1
cebheinfo.az

5Источники