RU

Bakıda 20 km-lik yeni mikromobillik zolağı istifadəyə verildi

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərindəmikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 kmməsafəni əhatə edən mikromobillik zolağı təşkil edib.

Trend bubarədə Agentliyə istinadən məlumat verir.

Görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçünpanduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanlarıquraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcudişıqforlarda 25 velosiped bölmələri quraşdırılıb.

Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillikzolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillikistifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “buferzonalar”da 1160-dən çox təhlükəsizlik səddi çəkilib.

Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanmayerləri də təşkil edilib.

Məqalədə:
Избранный
36
az.trend.az

1Источники