RU

FHN köməksiz vəziyyətdə qalanları xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma, Qaradağ, Səbail və Abşeron rayonları ərazisində isə 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Xəbəri FHN mətbuat xidməti verib. 

Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırış üzrə cəlb olunublar. Həyata keçirilmiş xilasetmə tədbirləri nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

 

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
0
4
xalqqazeti.az

10Источники