RU

Ronaldo bu qolu ona HƏSR ETDİ

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının II turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.

 

Sfera.az "A Bola"ya istinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.

 

O, "Ər-Rayyan"la matçın 77-ci dəqiqəsində fərqlənib.

 

Qeyd edək ki, K.Ronaldunun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya - Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.

Избранный
6
6
sfera.az

7Источники