RU

Azərbaycanlı gəncin "Xarıbülbül" rəsmi Norveç muzeyində nümayiş olunur (FOTO)

Bakı. Trend:

Gənc soydaşımız Səlim Abbaszadənin çəkdiyi "Xarıbülbül" rəsmidünyanın 185 ölkəsindən uşaqların əl işləri ilə birlikdə OsloBeynəlxalq İncəsənət Uşaq Muzeyinin (The InternationalMuseum OfChildren'sArt's) daimi sərgi salonunda nümayiş olunacaq. Gəncrəssamın “Tıq-tıq xanım” rəsmi isə muzeyin arxivindəsaxlanacaqdır.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənbildirilib.

Səlim Abbaszadə əsəri həmin Muzeydə sərgilənən ilk azərbaycanlıgəncdir.

Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoruAnqelaQoldinS. Abbaszadənin rəsmlərindəki rəngarəngliyin və təbiətünsürlərinin obrazlı təsvirinin "soyuq şimal"a istilik, sülh, gözəlvə birlik bəxş edəcəyini bildirib.

Muzeyin əsas üç funksiyası olduğunu deyən AnqelaQoldin bildiribki, əsas məqsəd dünyanın hər qitəsindən uşaqların rəsmlərinitoplamaq, qorumaq və gənc istedadların rənglər dünyasını gələcəknəsillərə ötürməkdir.

Muzeyin direktoru gələcəkdə Səlim Abbaszadə ilə əməkdaşlıqedəcəyini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Oslo Beynəlxalq İncəsənət UşaqMuzeyində (The InternationalMuseum Of Children'sArt's) NorveçAzərbaycan Gənclər Təşkilatı-NAYO və Nizami Gəncəvi adınaAzərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə SəlimAbbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk sərgisikeçirilib.

Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Избранный
7
az.trend.az

1Источники