RU

Nazir müavini Balakəndə vətəndaşları qəbul edib - FOTO

Sentyabrın 30-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Balakən şəhərində vətəndaşları qəbul edib.

Ucnoqta.az xəbər verir ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Balakən, Şəki, Qax, Zaqatala, Oğuz və Qəbələ sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar.

Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Избранный
16
1
ucnoqta.az

2Источники