RU

ABŞ-də "Helene" qasırğasından ölənlərin sayı 133-ü ötüb

Ötən həftə 4-cü kateqoriya ilə ABŞ-ın Florida ştatının sahil xəttinə çatan "Helene" qasırğasının yaratdığı fəlakətlər nəticəsində insan itkisi 133-ü keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran "Helene" qasırğasının bölgədə mənfi təsirləri davam edir.

Səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ən azı 133 nəfərin həyatını itirdiyini açıqlayıb. Digər tərəfdən, Daxili Təhlükəsizlik Nazirliyinin Federal Fövqəladə Hallar İdarəsi Agentliyinin səlahiyyətliləri, "Helene" qasırğasının yaratdığı fəlakətlər səbəbi ilə 1000-dən çox insanın sığınacaqlarda qaldığını açıqlayıb. ABŞ prezidenti Co Baydenin bu həftə qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.

Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib. Prezident Bayden Florida və Şimali Karolinada "fövqəladə vəziyyət" elan edib və qasırğadan mənfi təsirlənənlərə "federal yardım" əmri verib.

Избранный
1
1
sia.az

5Источники