RU

Josep Borrell Qərbi Ukraynaya Rusiyanın hava limanlarını bombalamağa icazə verməyə çağırdı

Aİ diplomatiyasının rəhbəri Josep Borrell Kiyevin müttəfiqlərini Ukrayna Silahlı Qüvvələrinə Qərb silahları ilə Rusiya Federasiyasındakı hava limanlarına və raket obyektlərinə hücum etməyə icazə verməyə çağırıb.

O, Aİ diplomatik xidmətinin saytındakı bloqunda yazıb: “Ukrayna təkcə oxlara deyil, oxçulara da zərbə vursun!”. Lakin Borrel qeyd edib ki, hazırda bütün Qərb ölkələri bu fikirlə razılaşmır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələrinin Rusiyaya dərin zərbələr endirmək qərarı onların Rusiya prezidenti Vladimir Putinin nüvə doktrinası ilə bağlı sözlərini necə anladıqlarını göstərəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
3
editor.az

1Источники