RU

Türkanda “Gelandewagen”lə “avtoş”luq edən sürücü saxlanıldı - RƏSMİ - VİDEO

Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozab sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, 99-SN-222 dövlət nömrə nişanlı “Mercedes G320” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, dəfələrlə “sağ-sol” edərək təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb və təkər izləri buraxıb. Eyni zamanda sürücü döngəyə sərt daxil olaraq həm özünü, həm də maşındakı sərnişini təhlükəyə atıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.

Nərmin

Избранный
21
avtosfer.az

1Источники