RU

Bakının iflic olan yolları: Ekspert problemin çoxpilləli həlli yolunu göstərdi

Bakıda yaşanan ciddi problemlərdən biri də sərnişindaşımada yaşanan çatışmazlıqlardır. Yeni tədris ilinin başlaması ilə metrodan istifadənin artması, həddindən artıq sıxlığa səbəb olub. Marşrut avtobuslarının sayının yetərsiz olması, xüsusən Bakıətrafı kənd və qəsəbələrə gedən marşrutlarda intervalın böyük olması sərnişinlərin əziyyət çəkməsinə gətirib çıxarır. "1 manatlıq! taksilərin yığışdılması, taksilərlə bağlı yeni qaydalardan sonra qiymətlərin artması da əhalinin bu sahədəkii alternativlərini azaldıb. Bütün bunlara tıxaclar da əlavə olunanda durum daha da qəlizləşir. Bəs məsələnin həlli yolu nədir? 

Bu sualla bağlı Sitat.info-ya danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, ümumi olaraq Bakıda mobillik problemi var: "Yəni, hərəkətin fərqli növlərində problemi var. Təkliflər azdır. Mövcud  hərəkət növləri və axınlarının idarə edilməsi üçün işlər görülmürsə, biz də problemlərə köklənirik". 

Ekspert vurğulayıb ki, şəhərin daxilində qısa, orta, uzun məsafəli sərnişindaşıma təklifləri olmalıdır: "Hal-hazırda  qısa məsafəli hərəkət üçün müəyyən həllər görürük. Ayrılmış avtobus zolağı şəbəkələşir, ayrılır, velozolaq şəbəkəsi çəkilir. Bu da qısa məsafəli 1,3,5 kilometrlik məsafədə hərəkəti özündə ehtiva edir. Veloicarə də,veloparking də təşkil olunur. Qısa məsafəli hərəkət üçün əsas problemlərdən biri əsəkilərdir. Səkilər davamlı deyil, bariyerlidir. İnsanların hamısı  sağlam  deyil, hərəkət qabiliyyəti məhdud olan  insanlar ümumiyyətlə nəzərə alınmır. Bunlar uşaqlar, uşaqlı valideynlər, əlillər və qocalardır". 

R.Ağamirzəyev hesab edir ki, məhz bu səbəbdən  çoxluq avtomobilə və ya taksiyə yönəlib: "Bunun başqa fəsadı isə tıxaclardır. Daha çox avtomobil daha çox,,daha uzun müddətli tıxaca gətirib çıxarır. Birinci qısa məsafəli həllərin tamamlanması vacibdir. Uzun məsafəli həllər şəhərdə reysli nəqliyyatın inkişafıdır. Metromuzun 57yaşı varsa, onun inkişaf etməməsi bir problemdir. Müəyyən həllər var ki, onlara investisiya yatırılmalı, tikilməlidir. Bu da yeraltı daşımalara birbaşa təsir edəcək. Eyni zamanda yerin üstünə də təsir edəcək. Dərnəgül-Koroğlu arası əlaqə , Dərnəgül deposunun tikilməsi, Xətai-Həzi Aslanov arası əlaqə, xəttlərin ayrılması, bənövşəyi xəttin şəhər mərkəzinə və Ağ şəhərə kimi gətirilməsi və s. 3 xəttimiz varsa, hər birinin ayrıca müstəqil fəaliyyəti təmin olunmalıdır. Müəyyən xətlərdə 1 dəqiqəlik interval, müəyyən xətlərdə isə 2 dəqiqəlik intervalla bu mobilliyi təmin etmək olar”.

Ekspert hesab edir ki, ikinci ən önəmli məqamlardan biri dəmiryoludur: "Dəmiryolu stansiyalarının sayı artırılmalıdır. Qatarlar yenilənməli və daha çox sifariş olunmalıdır ki, yerüstü metro funksiyasını daşısın. Abşeron yarımadasından sərnişinləri daşıyacaq əsas nəqliyyat növü dəmiryoludur. Şəhərin daxilində bu axını parçalayacaq ikinci növ nəqliyyat metrodur. Gələcəkdə buna dəstəkləyici tramvay nəzərdə tutulub. Qısa məsafəni hərəkət etmək üçün avtobus zolağı, velozolaq, piyada zolağı yönündə işlər görülməlidir ki, biz hal-hazırdakı sıxlığı aradan qaldıra bilək. Eyni səviyyəli keçidlər, müəyyən yerlərdə pandusların yaradılmasına ehtiyac var. Qısa məsafədə keçidi təmin etmək üçün şəhərin daxilində işıqforlu keçidlərin sayı artırılmalıdır. Bu da insanların birbaşa hərəkətinə təsir edəcək. Əgər hər kəs indi avtomobilə köklənirsə, gələcək dövrlərdə piyada, mikromobillik elementlərinə, ictimai nəqliyyata daha çox meyl etməsi üçün investisiya yatırılmalı, işlər görülməlidir”.

Aytac,

Sitat.info

Избранный
2
sitat.info

1Источники