RU

İsrail Livan əhalisinə xəbərdarlıq etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail Livan sakinlərini Latan çayından cənub ərazilərdə avtomobillərlə hərəkət etməməyə çağırıb. Bu barədə İsrail ordusunun təmsilçisi açıqlama verib.

"Anadolu Agentliyi"nin məlumatına görə, İsrail ordusu Livanın cənubunda quru əməliyyatlarına başlayıb. İsrail ordusunun rəsmi təmsilçisi Daniel Haqari, ordunun "Hizbullah"ın Livanın cənubundakı mövqelərinə məhdud və intensiv şəkildə yerüstü hücumlar etdiyini etdiyini bəyan edib. Haqari qeyd edib ki, quru hücumları artilleriya qüvvələri və HHQ tərəfindən dəstəklənir. Onun sözlərinə görə, "Şimalın Oxları" əməliyyatı qəzzadakı münaqişə ilə paralel davam edəcək.

Hürr Tərcüman

 

Избранный
9
8
hurriyyet.az

10Источники