RU

2-si azyaşlı olmaqla 4 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma, Qaradağ, Səbail və Abşeron rayonları ərazisində isə 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Adalet.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

 

Избранный
6
4
adalet.az

10Источники