RU

Bayden səlahiyyət müddəti bitməmiş Kiyevin NATO-ya üzvlüyünü təklif edə bilər – FT


Amerika lideri Co Bayden prezidentlik müddəti başa çatana qədər Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olması məsələsində müəyyən addım ata bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti Qərb rəsmisinə istinadla məlumat yayıb.
Nəşr həmçinin qeyd edib ki, Amerika lideri oktyabrın 12-də Ukrayna üzrə təmas qrupunun dövlət başçılarının görüşünü keçirəcək.
Qeyd edək ki, bundan əvvəl alyansın baş katibi Yens Stoltenberq iyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammiti ərəfəsində blokda Ukraynanın qəbulu məsələsində konsensus olmadığını bildirib.
“İndi biz yalnız Kiyevin təşkilata yaxınlaşmasından danışırıq”, - deyə Stoltenberq əlavə edib.
Digər tərəfdən, Vaşinqton görüşünün yekun sənədində Ukraynanın müttəfiqliyə dönməz yolda olduğu qeyd edilib.
Избранный
6
yeniavaz.com

1Источники