RU

Rusiyadan Türkiyə və S-400 ilə bağlı açıqlama: Üçüncü ölkəyə...

Lavrov, keçirdiyi mətbuat konfransında Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini üçüncü ölkəyə satma ehtimalı ilə bağlı "Türkiyənin belə bir satışı həyata keçirməsi üçün Rusiyadan icazə almalıdır" dedi.

Turkustan.az xəbər verir ki, Lavrov vurğulayıb ki, Türkiyə ilə imzalanan müqavilədəki “son istifadəçi sertifikatı”na uyğun olaraq, silahları alan ölkə növbəti satışdan əvvəl Rusiyadan icazə almalıdır. Lavrovun bəyanatı Türkiyənin S-400-lərin başqa ölkəyə satılması ilə bağlı müzakirələri yenidən alovlandırıb.

CNBC-e New York təmsilçisi Betül Yürükün suallarını cavablandıran Lavrov S-400-lərin satışı ilə bağlı təfərrüatlı qiymətləndirmə aparmaqdan çəkinərək, Türkiyə ilə əlaqələrin qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdiyini bildirib.

Mətbuat konfransında Lavrov Ukrayna müharibəsi ilə bağlı da mühüm açıqlamalar verib. O, xüsusilə Donald Trampın “Mən prezident olsaydım, Ukraynada müharibə olmazdı” ifadələrinə toxunub və 2014-cü ildə Qərbin Ukraynaya müdaxiləsi ilə başlayan hadisələri xatırladıb.

Lavrov hökumət dəyişikliklərinin Qərbin dəstəyi ilə edildiyini və bu proseslərin Ukrayna böhranını daha da dərinləşdirdiyini bildirib. O, bəyan edib ki, Minsk razılaşmasının tam icrası Ukraynanın ərazi bütövlüyünü qoruya bilər.

Lavrov həmçinin bəyan edib ki, 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda razılığa gəlmək Ukraynanın Donbas üzərində nəzarətini qoruya bilər. Bununla belə, o, qeyd edib ki, bu razılaşmaların daim pozulması Ukraynanın daha da ərazi itkisinə səbəb olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
12
turkustan.az

1Источники