RU

Ukrayna müdafiə nazirinin 3 müavini vəzifəsindən uzaqlaşdırılıb

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinlərini və nazirliyin dövlət katibini vəzifələrindən azad edib. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Ukraynanın müdafiə naziri Rustem Umerov nazirlikdə audit yoxlamasının aparılması və onun transformasiyasına ehtiyac olduğunu bəyan edib.  

Qeyd edək ki, postundan uzaqlaşdırılan nazir müavinləri Stanislav Heyder, Oleksandr Serhiy, Yuri Djigiradır. Dövlət katibi isə Lyudmila Daraqandır.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
9
missiya.az

1Источники