RU

İsrail Livanla bağlı ABŞ-ı məlumatlandırıb

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Livanda planlaşdırdığı bir sıra məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırdığını açıqlayıb.Elchi.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında sualları cavablandırıb.İsrailin Livana hücumları ilə bağlı təmasda olduqlarını ifadə edən Miller, “Hazırda etdikləri ilə bağlı onlarla söhbətimiz oldu, bizə dedilər ki, bunlar Hizbullahın sərhədə yaxın infrastrukturuna yönəlmiş məhdud əməliyyatlardır”. deyib.İsraillilərin onlara bir çox hücumları ilə bağlı məlumat verdiyini deyən Miller, “Ancaq İsrail hərbi əməliyyatlarının vaxtı, məqsədi və tempi haqqında öz sözünü desin” deyib.AA müxbirinin “məhdud əməliyyat” dedikdə nə nəzərdə tutulduğunu soruşduqda Miller, bu bəyanatın ABŞ-ın deyil, İsrailin tərifi olduğunu və detalların İsrail tərəfinə istənilməsi lazım olduğunu bildirib.Miller, Livanda mülki vətəndaşların və mülki strukturların hədəfə alınmasını “qəti şəkildə” görmək istəmədiklərini ifadə edərək, həmçinin İsrailin Livandakı əməliyyatlarının bölgə üçün “sabitliyi poza biləcəyi” xəbərdarlığını edib və bu əməliyyatların humanitar təsirləri ilə bağlı narahatlıqlarını dilə gətirib.Şayəstə Hüseynova

Избранный
11
elchi.az

1Источники