RU

İsrail ordusu Livanın cənubunda əməliyyatlar aparır

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında döyüşlər zamanı əldə etdiyi təcrübə əsasında Livanın cənubunda hədəfli əməliyyatlar keçirir.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"98-ci diviziya Livanın cənubunda nöqtə əməliyyatlarına başlayıb. Son həftələrdə paraşütçülər, xüsusi təyinatlılar və 7-ci briqada da daxil olmaqla 98-ci diviziyanın hərbçiləri dünən gecə saatlarında Livanın cənubunda başlayan məhdud, lokal, hədəfli əməliyyatlara hazırlaşıblar. Bu həftələr ərzində planlar təsduiqlənib və əsgərlər ölkənin şimalında təlim keçiblər. Hərbçilər şimal istiqamətində hərəkət edirlər. Hazırda Livanda hərbi əməliyyatların aparılması üçün lazımi korrektələr edilir", - məlumatda deyilir.

Sentyabrın 23-də İsrail şiə "Hizbullah" hərəkatına qarşı "Şimalın oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livandakı hərbi hədəflərinə irimiqyaslı hava zərbələri endirib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını açıqlayıb.

Zaur
BakuPost
Избранный
10
bakupost.az

1Источники