RU

Rezabala: “Çıxış yolu sadədir: səhvləri düzəltmək”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi” ilə heç-heçə edib – 1:1.

“Kimyaçılar”ın futbolçusu Cordan Rezabala “FutbolPress“ə açıqlamasında görüşü şərh etdi:

“Komanda olaraq üç xal qazanmaq istəyirdik. Bunun üçün şanslarımız var idi, ancaq alınmadı. Növbəti turda evimizdə oynayacağıq. Rəqib “Qarabağ” olacaq. Onların gücünü bilirik, çalışacağıq, maksimum diqqətli olan və azarkeşlərimiz qarşısında yaxşı nəticə qazanaq”.

“Neftçi” ilə görüşdə həm hücumda, həm də yarımmüdafiədə oynayan Rezabala meydançada sərbəstliyi sevdiyini deyib:

“Meydanda özümü rahat hiss edirəm. Mənə sərbəstlik veriləndə komandaya daha çox kömək edə bilirəm”.

“Sumqayıt” 5 turdur, qələbə qazana bilmir. Cordan komandanın bu situasiyadan çıxış yoluna toxundu:

“Çıxış yolu sadədir: səhvləri düzəltmək. Bunun üçün məşqlərdə çox çalışırıq. İnanıram ki, bir qələbə qazansaq, daha yaxşı olacaq. Hər kəsin adından danışa bilmərəm, özüm bilirəm ki, təzyiq altında olsaq belə, bir yaxşı nəticə hər şeyi dəyişə bilər. Bunun üçün mübarizə aparırıq”.

Hücumcu uğursuz nəticələrə görə yaranan təzyiqdən də söz açdı:

“Futbolda təzyiqlər normaldır. Heç bir oyunçu məğlubiyyəti qəbul etmir. Hərə buna fərqli cür yanaşır. Kimisi tələsir, kimisində aqressiya olur. Sakit qalmalı və oyunumuzu oynayıb, nəticələr əldə etməliyik. Mənim kimi oyunçular belə şeylərə uyğunlaşmalıdır. Peşəkar futbolçularıq, baş məşqçimizin də tapşırıqlarını yerinə yetirib, yaxşı nəticələr üçün oynamalıyıq”.

Избранный
12
futbolpress.az

1Источники