RU

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrindən istifadə müzakirə edilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyitələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrəİşçi Qrupunun növbəti iclası keçirilib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, İşçi Qrupunun sədri, energetikanaziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yaşılenerji zonasının yaradılması istiqamətində əhəmiyyətli addımlarınatıldığını vurğulayıb və bu sahədə qarşıya qoyulan stratejihədəflərə diqqət çəkib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Qarabağ və ŞərqiZəngəzurda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətindəgörülmüş işlərlə bağlı məruzələr, həmçinin İşçi Qrupun 6-cıiclasında qəbul edilmiş qərarların ötən dövr ərzində icrasına dairhesabat təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların vəenerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərinnəticəsinə dair hesabat dinlənilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə çoxmənzilli yaşayışbinalarında istilik təchizatı, fərdi və ya mərkəzi istiliksistemlərinin tətbiqinə dair yanaşmalar barədə məlumatlar diqqətəçatdırılıb.

Bərpa edilən şəhər, rayon, qəsəbə və kəndlərdə damüstü günəşpanellərinin tətbiqi, sayğaclaşma və elektrik enerjisi doldurmaməntəqələrinin quraşdırılması üzrə təkliflər nəzərdənkeçirilib.

Sonda müzakirə olunmuş məsələlər üzrə hesabatların nəzərəalınması, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlərzamanı qarşıya çıxan çatışmazlıqların qısa müddətdə aradanqaldırılması, monitorinqlərin icra qrafikinə uyğun olaraq vəaidiyyəti qurumların nümayəndələrinin də istirakı ilə həyatakeçirilməsi razılaşdırılıb.

İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşıişğaldan azad edilmiş ərazilərdə Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti vəİdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Şuşa ŞəhəriDövlət Qoruğu İdarəsi, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC vəMəcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirakedib.

İşğaldan
İşğaldan
Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники