RU

COP29 - Müzakirə üçün 5 təklif (FOTO)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələriüzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29)Azərbaycanın sədrliyi ilənoyabr ayında Bakıda keçiriləcək. Bufaktın ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin təşkilində zəngintəcrübəsinin qlobal səviyyədə qəbul edilməsinin də göstəricisidir.Planetin gələcəyi üçün əhəmiyyətli qlobal problemlərin müzakirəsivə həlli baxımından COP29-un tarixə düşəcəyinə inanıram.

Ətraf mühitə atılan tullantıların miqdarının olduqca çox olmasıvə ətraf mühitə dəyən zərərin təhlükəli həddə çatması, demək olarki, hamı tərəfindən qəbul edilir. Amma problemin hamı tərəfindənqəbul edilməsi həmin problemin həlli üçün kifayət deyil.

Eləcə də, hamı tərəfindən qəbul edilir ki, ətraf mühitlə bağlımövcud problemlərin həlli böyük həcmdə investisiyalar tələb edir.Amma həqiqət həm də odur ki, ətraf mühit problemlərinin yalnızinvestisiya alətlərilə həlli mümkünsüzdür. Bu baxımdan bir sıraməsələlərə yeni baxış tələb olunur. Bakıda keçiriləcək COP29 ciddimüzakirələrlə zəngin olacaq və inanıram ki, yeni baxışlar ortayaqoyacaq.

COP29-da müzakirə üçün əhəmiyyət kəsb edəcəyini nəzərə alaraqbəzi düşüncələri paylaşmağı faydalı hesab etdik.

Əvvəla, ətraf mühit problemlərinin həlli və yaşıl iqtisadiyyatakeçid iqtisadiyyatda dövlətin rolunun azaldılması yox,artırılmasını tələb edir. Başqa sözlə, liberal dəyərlə əsaslananmövcud iqtisadi inkişaf modeli əvvəllər müşahidə olunmayan ciddiçağırışlarla üz-üzədir. Doğurudur, liberal iqtisadi inkişafmodelinin öz ömrünü başa vurduğunu da söyləmək hələlik tezdir. Ammaalternativ yanaşmalara artıq ciddi zərurət görünür. Alternativyanaşmada dövlətin rolunun artacağı daha çox gözləniləndir. Onagörə də, qlobal iqtisadiyyatda rəqabətə də yeni baxışınformalaşması tələb olunur. Çünki qlobal iqtisadiyyatda rəqabətdədövlət rolu daha da güclənəcək. Ona görə də, qlobal iqtisadiyyatdagüclü dövlətlərin daha da güclənməsinə və zəif dövlətlərin daha dazəifləməsinə yol verməmək üçün yeni şəraitdə dövlətlərin yaşıliqtisadiyyatda və o cümlədən "yaşıl rəqabət"də roluna dairçərçivəni, yeni vahid oyun qaydalarını müəyyən etmək üçün COP29çərçivəsində Bakı bu müzakirələrə təşəbbüs və ev sahibliyi edəbilər.

İkincisi, bəli, yaşıl iqtisadiyyatı stimullaşdırmaq və yeniyaşıl iş yerləri yaratmaq üçün dövlətlər daha çox öz sərhədləriçərçivəsində dəstək verməyə çalışırlar. Problem ondadır ki, birsıra hallarda beynəlxalq ticarət qaydaları belə milli dəstəyi,yumşaq desək, "alqışlamır". Həmin beynəlxalq ticarət qaydaları daliberal iqtisadi inkişaf modelinin məhsulu olduğu səbəbindən başqacür də ola bilməz. Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatınadeyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq Valyuta Fondu,Dünya Bankı) şamil etmək olar. Bu gün qlobal təşkilatların yaşıliqtisadiyyat konsepsiyasının tələblərinə tam cavab vermədiyigörünür və həmin təşkilatların transformasiya edilməsi və yaxudtamamilə yenilərinin yaradılması zəruri görünür. İstərtransformasiya, istərsə də tamamilə yeni qlobal təşkilatlarınyaradılması inkişaf etməkdə olan ölkələrin maraqları nəzərəalınmaqla həyata keçirilməlidir. Bu baxımdan Qoşulmama HərəkatıÖlkələrin rolu artırıla bilər və COP29 çərçivəsində onların adındantəşəbbüslər irəlisürülə bilər.

Üçüncüsü, Yaşıl iqtisadiyyata keçid və bununlabağlı təklifedilən ətraf mühit siyasətinin iqtisadi artıma təsiri də müzakirəpredmetidir. Ən azından ilkin dövrdə bu təsirin daha çox mənfiolacağını ehtimal etmək olar. Beləliklə, yaşıl iqtisadiyyatakeçidin təminedilməsi və nəticədə azalan iqtisadi artım arasında daçətin seçim edilməsi ciddi müzakirələr tələb edir. İqtisadi artımtempinin azaldılması nəticəsində inkişaf etməkdə olan ölkələrinüzləşdiyi ziyanın inkişaf etmiş ölkələr tərəfindən kompensasiyaedilməsi məsələsi də müzakirə oluna bilər.

Dördüncüsü, əsas problemlərdən biri ətraf mühitə atıla biləntullantıların maksimal həcminin müəyyən edilməməsidir. Başqa sözlə,söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimalhəcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansıhəcmindən sonra planetin gələcəyi baxımdan "geriyə saymaq"başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabınolmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf mühitə atılantullantıların maksimal həcmi nə qədər olmalıdır sualına yeganədüzgün cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcəkCOP29-da tullantıların maksimal həcminin müəyyənedilməsi baxımındanBakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədləCOP-29-da Bakıda fəaliyyət göstərəcək və dünyanın tanınmış siyasətadamlarından ibarət Qlobal Komissiyanın və elm adamlarından ibarətQlobal Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması məsələsiCOP29-un gündəliyinə daxil edilə bilər.

Beşincisi, COP29 təhsilin yaşıllaşdırılması ilə bağlı globaltəşəbbüs üçün də əla fürsətdir və bu baxımdan Yaşıl TəhsilModelinin də müzakirəsi faydalı ola bilər.

Prof. Ədalət Muradov

Rektor, UNEC.

COP29
Избранный
10
6
az.trend.az

7Источники