RU

Yaponiyanın yeni Baş naziri seçilib –NATO-nun Asiya variantını təklif edən İşiba /FOTO

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba ölkənin 102-ci Baş naziri seçilib.

TASS bildirir ki,  parlamentdə keçirilən səsvermə zamanı deputatların əksəriyyəti ona səs verib.

Əsas aşağı palatada səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291-ni, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.

Azpost.info bildirir ki, Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib.

Qeyd edək ki, 67 yaşlı Siqeru İsiba seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verib. O, bərpa olunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmağın tərəfdarıdır. Tokionun Vaşinqtonla müttəfiqliyinin möhkəmləndirilməsinin vacibliyini bildirən Siqeru İsiba regional təhdidlərə cavab olaraq NATO-nun Asiya versiyasını yaratmağı təklif edib.

Siqeru İsiba 2002-ci ildən 2004-cü ilədək Yaponiya Müdafiə Agentliyinin baş direktoru, 2007-ci ildən 2008-ci ilədək müdafiə naziri, 2008-ci ildən 2009-cu ilədək kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifələrində işləyib. 2012-ci ildə LDP-nin baş katibi, 2014-cü ildən 2016-cı ilədək yerli iqtisadi dirçəliş və əhalinin azalması ilə mübarizə məsələləri üzrə nazir vəzifəsini tutub.

Xatırladaq ki, Yaponiyada Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.

 

Избранный
9
1
azpost.info

10Источники