RU

Əsirlikdə olan əsgərin anasına oğluna verilən işgəncənin videosunu göndəriblər

Ukrayna xüsusi xidmət orqanları Rusiya Ordusunun əsgəri Gennadi İvançenkonu işgəncələrə məruz qoyub və bunu əks etdirən videonu əsgərin anası Valentinaya göndəriblər. 

Missiya.Az xəbər verir ki, bu barədə TASS-a Valentina İvançenko məlumat verib. 

Tanınmamış Donetsk Xalq Respublikasında (DXR) Rusiya Qvardiyasının əməkdaşı olan qadının sözlərinə görə, videonu göndərənlər onu Ukrayna ilə əməkdaşlığa razı salmağa çalışırlar. Valentina İvançenko qeyd edib ki, bəzən oğlunun işgəncəsi onla videozəng vasitəsi ilə canlı göstərilir. 

“Onu necə döydüklərini gördüm , dəhşətli səhnə idi, oğlum qışqırırdı: “Ana, kömək et, bir şey et, sənə dediklərini et” (...) deyirdi. Mənə dedilər ki, əgər onların dediklərini etməsəm, deməli, oğlumu bir daha görməyəcəm” deyə, əsgər anası bildirib. 

ElcanMissiya.Az

Избранный
24
missiya.az

1Источники