RU

Avropada ən bahalı və ən ucuz «novostroyka»lar – SİYAHI, QİYMƏTLƏR

Daşınmaz əmlak sektorundakı böhrandan sonra Avropanın daşınmaz əmlak bazarı 2020-ci ilədən normal inkişaı edirdi. Daha sonra Covid-19 pandemiyası, 2021-ci ildə dirçəlmə, 2022-ci ildə sürətli inkişaf və 2023-də yenidən kəskin enmə.

Bəs hazırda Avropanın daşınmaz əmlak bazarında qiymətlər necədir?

FED.az «Deloitte» konsaltinq şirkətinin hazırladığı hesabata əsasən Avropada ən yüksək və ən aşağı qiymətə olan mənzil qiymətlərii təqdim edir. Araşdırma Avropanın 24 ölkəsinin 69 şəhərini əhatə edir. Bura coğrafi cəhətdən Avropa sayılmasa da, bəzi qurumlara inteqrasiya olunmuş İsrail də aid edilib.

Ən bahalı və ucuz «novostroyka» olan ölkələr

Araşdırma göstərib ki, ölkə üzrə götürəndə ən bahalı yeni tikililər İsraildədir – bu ölkədə mənzillərin bir kvadratmetrinin qiyməti 5 439 avrodur. İkinci yeri Avstriya - 4920 avro, üçüncü yeri isə Almaniya (4700 avro) tutur.

Araşdırmaya görə, ən ucuz novostroykalar Bosniya və Hersoqovinada (1315 avro), Yunanıstanda (1463 avro) və Rumıniyadadır (1504 avro).

Ən bahalı şəhərlər

Şəhərlərə gəlincə, Avropada ən bahalı əmlaklar Parisdədir, Fransa paytaxtında yeni mənzilin hər kvadratmetti alıcılara 14 900 avroya başa gələcək. İkinci yeri, cobrafi cəhətdən Avropaya daxil olmasa da İsrailin Təl-Əviv şəhəri tutur 13 886 dollar.

Almaniyanın Münhen şəhərində yeni tikililərin kvadrartmetrinin qiyməti 10 900 avrodur. Daha 3 şəhərdə mənzillərin qiyməti 7,5-10 min avro arasında dəyişir. Bunlar London (8 018 avro), Amsterdam (7850 avro) və Frankfurtdur (7 700 avro).

Избранный
32
fed.az

1Источники