RU

ABŞ-də vitse-prezidentliyə namizədlər arasında ilk teledebat keçiriləcək

ABŞ-də vitse-prezidentliyə namizədlər Ohayo ştatının senatoru Ceyms Devid Vens və Minnesota qubernatoru Tim Uolz Respublikaçılar və Demokratların namizədliyi rəsmən elan edildikdən sonra ilk televiziya debatlarını keçirəcəklər.

CBS kanalının təşkil etdiyi debat Nyu-Yorkda baş tutacaq və 90 dəqiqə davam edəcək.

Yayım ABŞ-nin bütün əsas televiziya kanalları tərəfindən həyata keçiriləcək. Verilişin aparıcıları CBS telekanalının jurnalistləri Norah O’Donnell və Marqaret Brennan olacaq.

Onların verdikləri mövzular və suallar əvvəlcədən siyasətçilərə çatdırılmayacaq.

Избранный
10
50
banker.az

10Источники