RU

İsrailin əlində Xameneiyə aid elə bir HESABAT var ki…

“Ötən bir ildə Yaxın Şərqdə HƏMAS-İsrail müharibəsi və onun müşayiətində baş verənlərə nəzər saldıqda bir sıra məqamlar ortaya çıxır. Birincisi, İsraili strateji baxımdan çökdürmək mümkün deyil və heç bir hadisə İsraili rəqiblərinə qarşı hücumdan çəkindirə bilməz. İsrail ona qarşı hücumlarla küncə sıxışdırıldığını daha çox hiss edərsə, hadisələrə daha mənalı cavab vermək öhdəliyini bir o qədər artıracaq”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.

AQSİN.jpeg

O qeyd edib ki, İsrailin əməliyyatlarının dəqiqliyi, operativ və taktiki xarakteri İranı onunla birbaşa müharibəyə başlamaq riskindən qaçırır:

“Bununla belə, əgər koalisiya qüvvələri İsrailə dəstək olmasalar, İran İsrailə qarşı genişmiqyaslı aviasiya zərbələri həyata keçirə bilər, ancaq bunun hərbi miqyası deyil, geosiyasi təhlükələri Tehran üçün daha böyükdür.

İran ehtimal ki, həm diplomatiya, həm də siyasi xəbərdarlıqlar vasitəsilə ABŞ tərəfindən İsraili dayandıran qərarlar alınmasına çalışır. Əhəmiyyətli bir kəşfiyyat dosyesi mövcuddur, misal üçün, İsrailin əlində İran ali lideri Seyid Əli Xameneinin gündəlik iş qrafikindən tutmuş, onun hansı tarixlərdə harada dincəldiyinə dair, onun təhlükəsizliyini təmin edən şəxsi heyətin sayına və sairə qədər hərtərəfli bir hesabat var”.

Избранный
3
1
editor.az

2Источники