RU

Tramp öldürülsə, ABŞ-ın növbəti prezidenti o olacaq

Cozef Bayden prezidentlik yarışından çəkildiyini rəsmən elan etdikdən sonra Donald Trampa qarşı yeni sui-qəsdin təşkili ehtimalı kəskin şəkildə azalıb.

Publika.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı Mixail Xazin “ABŞ-da qanun və qayda” adlı "YouTube" kanalında bildirib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Demokrat Partiyasının nümayəndələri artıq onların qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün faktiki olaraq heç bir şanslarının olmadığını və hər hansı yeni namizədi “təbliğ etməyə” vaxtlarının olmayacaqlarını artıq başa düşüblər.

Bundan əlavə, prezident seçiləcəyi təqdirdə Tramp respublikaçı J.D.Vensi vitse-prezident təyin etdikdən sonra onun vəzifədən kənarlaşdırılmasının heç nəyi köklü şəkildə dəyişməyəcəyi hamıya aydın oldu.

“Çox yüksək ehtimalla ABŞ-ın növbəti prezidenti Trampın potensial vitse-prezident olaraq namizədliyini irəli sürdüyü J.D.Vens olacaq. O, tam mühafizəkardır”, - Xazin qeyd edib.

Избранный
27
publika.az

1Источники