RU

Ronaldo dayanmaq bilmir

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Asiya Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Rayyan” ilə qarşılaşıb. Görüş “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 2:1.

Komandanın qollarını Sadio Mane və Kriştiano Ronaldo vurub. Rəqibin heyətində isə Rojer Qedes fərqlənib.

“Əl Nəsr” 2 turdan sonra 4 xalla birinci sıradadır. Komandanın növbəti rəqibi “İstiqlal” (İran) olacaq.

Избранный
7
futbolpress.az

1Источники