RU

Vulf Dorn Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq

Beynəlxalq bestsellerlər müəllifi Vulf Dorn Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

AZXEBER.COM xəbər verir ki, dünya şöhrətli alman yazar Vulf Dorn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

 Həyatının 20 illini psixiatrik terapevt və klinik tədqiqatçı kimi işləmiş Vulf Dorn psixoloji triller janrinda yazan ən populyar yazıçısıdır. Debüt əsəri olan \"Psixiatr\" ona böyük şöhrət qazandırıb, \"Şizofrenik\", \"Xain ürəyim\", \"Oyunbaz\" və \"Fobiya\" romanları qısa müddətdə beynəlxalq bestsellerə çevrilib. 

Hazirda Vulf Dorn dünyada ən çox oxunan müəlliflər siyahısına daxil edilib, Vulf Dornun 2024-cü il 5 oktyabr tarixində saat 16:00-da va 6 oktyabr tarixində saat 15:00-da \"Füzuli\" təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin (Baku International Book Fair 2024) ziyarətçilərinin \"Elmlər akademiyası\", \"28 may\" və \"Koroğlu\" metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəliși təmin ediləcəkdir.
Избранный
4
1
azxeber.com

9Источники