RU

Cənubi Amerikada qədim taxt zalı aşkarlanıb

Peruda qədim Moçe mədəniyyətinə aid hökmdarın bəzədilmiş taxt zalı tapılıb...

Polioqn xəbər verir ki, bu barədə “Arkeonews” nəşri məlumat yayıb.

Divar və sütunlarla əhatə olunmuş zal dörd ayrı səhnə ilə bəzədilib. Səhnələrdə taxtında oturan bir qadının kortejdən insanları salamladığı təsvir edilib. Taxt otağında tapılan digər səhnələrə insan bədəni və hörümçək ayaqları olan fincan tutan fiqur da daxildir.

Moçe mədəniyyəti eramızdan əvvəl 350-850-ci illər arasında Şimali Perunun sahil vadilərində çiçəklənib. Bu cəmiyyət məzarları, memarlığı, mürəkkəb artefaktları və zəngin dini təsvirləri ilə tanınır.

Mütəxəssislər rəsmlərdəki qadının real insan, yoxsa mifik fiqur olduğunu öyrənməyi planlaşdırır. Taxtda orada oturan şəxsin izləri, o cümlədən saçları aşkar edilib. Bu, səhnələrin əsl hökmdarı təsvir etdiyini deməyə əsas verir.

Polioqn.info

Избранный
26
poliqon.info

1Источники