RU

Rusiyanın 2025-ci ildə hərbi xərcləri 13,5 trilyon olacaq

Rusiyanın

Rusiyanın 2025-ci ildəki dövlət büdcəsi əvvəllər düşünüldüyündən də daha çox müharibə xərclərini əhatə edəcək. Bu məbləğ 13,5 trilyon rubl nəzərdə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə "The Bell" nəşri məlumat yayıb.

Bildirilir ki, 2025-ci ildə Rusiya Federasiyasının "Milli Müdafiə" başlığı altında hərbi məqsədlər üçün büdcə xərclərinin 13,5 trilyon rubl təşkil edəcəyi gözlənilir.

"The Bell" nəşri federal büdcənin qanun layihəsinə izahat qeydinə istinadla yazır ki, hərbi xərclər Rusiyanın ÜDM-nin 6,31 faizini təşkil edəcək.

Qeyd edək ki, 2025-ci il, həmçinin də 2026 və 2027-ci illərin planlaşdırma dövrü üçün federal büdcə layihəsi sentyabrın 30-da Dövlət Dumasına təqdim edilib.

Oqtay QORÇU
Избранный
31
reyting.az

1Источники