Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi "Trident II D5" ballistik raketlərinin vəyeni "Warhead 93/Mark7" nüvə başlıqlarının istehsalına 2,1 milyarddollar ayırıb.
Trend-inməlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.
Qeyd edilib ki, 2 112 872 740 ABŞ dolları məbləğində müqavilə"Lockheed Martin" şirkətinə verilib. Buraya sualtı qayıqlarındanburaxılması nəzərdə tutulan "Trident II D5 raketləri və dəstəksistemlərinin" istehsalı və "Warhead 93/Mark7-nin hazırlanması"daxildir. Müqavilə bu silahların Böyük Britaniyaya tədarükünü dənəzərdə tutur.
Müqavilə üzrə işlərin 30 sentyabr 2029-cu il tarixinədək başaçatdırılması nəzərdə tutulur.