RU

Türkiyə Superliqasında qalmaqallı epizod - Video

Türkiyə Super Liqasında qalmaqallı an yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, VII turda keçirilən “Kayserispor” - “Beşiktaş” matçında baş verib.

Belə ki, Kayseri təmsilçisinin qolkiperi Bilal Bayazıt qapı zərbəsini yerinə yetirərkən topu ayağı ilə müdafiəçi Kartal Kayraya ötürüb. Bu zaman kayra topu əli ilə düzəldərək zərbəni yenidən yerinə yetirib.

Hakimin bu epizoda penalti verməməsi “Beşiktaş”ın sərt reaksiyalarına səbəb olub. Etirazlardan sonra İstanbul təmsilçisinin baş məşqçisi Covanni van Bronkxorst sarı vərəqə alıb.

Qeyd edək ki, “Beşiktaş” sözügedən qarşılaşmada “Kayserispor”u 3:0 hesabı ilə məğlub edib.

Sözügedən epizodu təqdim edirik:

Избранный
41
qafqazinfo.az

1Источники