NATO-nun baş katibi Yens Stoltenberq 10 illik vəzifəsindən sonra NATO-nun Brüsseldəki qərargahını tərk edərək, yerini Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə verəcək.
APA xəbər verir ki, rəsmi təhvil-təslim mərasimindən sonra onlar təşkilatın əməkdaşları qarşısında çıxış edəcəklər.
Rutte daha sonra NATO baş katibi kimi ilk mətbuat konfransını keçirəcək. Hollandiyalı siyasətçi alyansın 14-cü rəhbəri olacaq.
Onun mandatı beş ildir və uzadıla bilər.