RU

"Malmö"nün futbolçusu üçün mövsüm bitdi

"Qarabağ"ın Avropa Liqasının liqa mərhələsindəki rəqibi "Malmö"nün (İsveç) futbolçusu Sead Hakşabanoviç zədə səbəbindən mövsümü başa vurub.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı hücumçu qasıq nahiyəsində yaranan zədəyə görə gələn həftə əməliyyat olunacaq.

Bununla da o, cari mövsümün sonuna qədər heç bir oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

Избранный
25
6
football-plus.az

7Источники