RU

Ən sağlam bədən quruluşuna malik insanlar hansı ölkələrdə yaşayırlar?

Heç düşünmüsünüzmü ki, hansı ölkədə yaşamaq sağlamlıq üçün daha faydalıdır? Hansı ölkənin insanları daha yaxşı formada və fit olurlar? “The Express” gözlənilən ömür uzunluğu, çəki və fiziki hazırlıq səviyyəsinə görə dünya ölkələrinin reytinq siyahısını hazırlayıb. Təəccüblüdür ki, siyahıda heç bir Avropa ölkəsi yoxdur. Gəlin bir nəzər salaq:

Yaponiya

Birinci yerdə orta ömür uzunluğu 84,4 il olan Yaponiyadır. Statistikaya görə, hər 1450 yapondan birinin yaşı hazırda 100-dən yuxarıdır.

Yaponlar aktiv həyat tərzini sevirlər. Yapon yüz yaşlıları bədənlərinin çirklənməməsi lazım olan bir məbəd olduğuna inanır və sağlam qidalanmanı balanslaşdıraraq çox aktiv həyat tərzi keçirirlər. “BBC”nin məlumatına görə, yaponlar bütün yaş qrupları arasında ən aktiv insanlar arasındadırlar.

Vyetnam

Son illərdə gözlənilən ömür uzunluğunda böyük artım müşahidə edilən Vyetnam siyahıda ön pillələrdədir. Böyük amil onların qidalanması və aktiv həyat tərzidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təqdim etdiyi oxşar məlumatlara görə, vyetnamlıların 64%-i fit və sağlam bədən formasına malikdirlər.

Cənubi Koreya

Cənubi Koreya həm də gözəl yaşayış şəraitinə malik olduğu üçün siyahıda növbəti ölkədir. ÜST-ün məlumatına görə, orta ömür uzunluğu təxminən 83,5 ildir və Cənubi Koreyada yetkin insanların təxminən 63,3%-i fit hesab olunur.

Şri Lanka

Siyahıda dördüncü yeri Hind okeanında yerləşən gözəl ölkə Şri-Lanka tutur. Orada orta ömür uzunluğu təxminən 76,3 ildir və böyüklərin təxminən 60% -i gözəl bədən quruluşuna malikdirlər.

Sinqapur

Məlumdur ki, bu ada gözəl yaşayış şəraitinə malikdir və Asiyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sinqapurluların orta ömür uzunluğu təxminən 83,4 ildir və əhalinin təxminən 62%-nin bədən quruluşu fitdir.

Çin

Siyahıda əhali sayına görə dünyada lider və yüksək inkişaf etmiş ölkə olan Çindir. ÜST-nin məlumatına görə, bir milyarddan çox insan olmasına baxmayaraq, Çində orta ömür uzunluğu təxminən 78,2 ildir.

Maldiv adaları

Çox vaxt dünyanın astanasında cənnət kimi qəbul edilən bu kiçik ölkə 80 yaşa çatan ömür uzunluğu ilə “öyünür” və əhalisinin təxminən 61%-i sağlam hesab olunur.

Mavriki

Başqa bir cənnət Hind okeanında, Madaqaskarın şərqində yerləşən Mavrikidir. Gözəl Mavriki adası turistlər arasında məşhur yerdir. Mavrikidə orta ömür uzunluğu təxminən 73,6 ildir və əhalisinin təxminən 40,4%-i fit bədən quruluşuna malikdir.

Nubar Süleymanova, “İki sahil”

Избранный
29
ikisahil.az

1Источники