RU

İran İrəvanda dünyanın ən böyük ticarət ofisini açıb » AzadMedia.az


İranın Ermənistandakı səfiri Mehdi Sobhani açılış mərasimində bildirib ki, İran İrəvanda dünyanın ən böyük ticarət nümayəndəliyini açıb.

“...Bu mərkəz dünyanın ən böyük mərkəzidir və bu, İran və Ermənistan arasında dərin dostluq əlaqələrindən xəbər verir”, - iranlı diplomat bildirib.

Onun Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanla İran arasında ticarət-iqtisadi əlaqələr və dövriyyə sürətlə artır. O, ticarət ofisinin açılmasının iqtisadi əlaqələrin, o cümlədən ticarət əlaqələrinin inkişafına təkan verəcəyinə ümid edir.

Sobhani hesab edir ki, İran və Ermənistan arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlıq iki ölkə üçün ciddi kapital yarada bilər. Onun sözlərinə görə, Tehran ikitərəfli münasibətlərin inkişafının bütün imkan və potensialından yararlanmaq əzmindədir.

Səfir vurğulayıb ki, hər iki dövlət başçıları ticarətin həcmini 3 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. O, İran şirkətlərinin Ermənistanda işləməsi üçün əlverişli şərait yaratdığına görə Ermənistan hakimiyyətinə təşəkkür edib və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini gözləyir.
Избранный
12
1
azadmedia.az

2Источники