İspaniyada helikopter qəzası baş verib.
News24.az xəbər verir ki, İspaniyanın Bigas Group Helicopters operatoruna məxsus Bell 206B Jet Ranger III helikopteri dünən yerli vaxtla saat 10:00 radələrində Valensiya bölgəsinin Puçol şəhərində yüksək gərginlikli xətlərə çırpılaraq qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterdə olan 3 nəfər həlak olub.
Qeyd edək ki, qəzanın vertolyotda olan 3 zabitin gərginlik xətlərinin bütövlüyünü yoxlamaq üçün bölgəyə gedərkən baş verdiyi öyrənilib.
Günel Məlikzadə