RU

Lənkəranda 30 yaşlı kişi meyiti tapıldı

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Zövlə kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Vüsal Lütvəli oğlu Qarazədənin meyiti özünə məxsus tövlədə asılmış vəziyyətdə tapılıb. 

Qeyd edək ki, V. Qarazadə iki uşaq atası idi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov

Избранный
11
13
qafqazinfo.az

10Источники