RU

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans keçirilib

Konfransda ümummillikdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə, o cümlədən rəsmi şəxslər, diplomatlar və nüfuzlu ekspertlər iştirak edib. Konfransın əsas mövzusu – kiberdiplomatiya sahəsinin inkişaf perspektivləri və kiberdiplomatiyanın informasiya təhlükəsizliyindəki rolunun müzakirəsi olmuşdur. Konfransda sahə üzrə aktual istiqamətlərdə 4 panel müzakirəsi təşkil edilmişdir.

"Operativ Media" xəbər verir ki, "Tədbir Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universitetinin tərəfdaşlığı və özəl təşkilatların dəstəyi ilə keçirilib.

Qeyd edək ki, Konfrans çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək, eləcə də yeni vəzifəyə çevrilən kiberdiplomatların hazırlanması məqsədilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi fəaliyyətə başlamışdır.

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.

Избранный
9
operativmedia.az

1Источники