RU

Trampın həyatına sui-qəsddə günahını etiraf etməkdən imtina etdi

ABŞ Prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan amerikalı Rayan Uesli Rut məhkəmədə günahını etiraf etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rut ona qarşı irəli sürülən ittihamın bütün beş maddəsini rədd edib, təqsirsiz olduğunu bəyan edib və andlılar məhkəməsinin keçirilməsini tələb edib.

Xatırladaq ki, Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb. 

İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.

Избранный
19
1
qafqazinfo.az

3Источники