RU

Air France oktyabrın 8-dək Beyrut və Təl-Əvivə uçuşları dayandırır

Fransanın Air France aviaşirkəti Beyrut və Təl-Əvivə uçuşları oktyabrın 8-dək dayandırıb.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Uçuşların dayandırılması qərarı “bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlara görə qəbul edilib”.

Bundan əlavə, telekanalın məlumatına görə, Flydubai, Emirates, Air Algerie və Türk Hava Yolları bu bölgəyə uçuşların dayandırıldığını açıqlayıb.

Əvvəllər bildirilmişdi ki, Iran Air də Beyruta uçuşları dayandırır.

Mənbə Əl-Cəzirə

Избранный
16
dogru.az

1Источники