RU

Kremlin Livanla bağlı açıqlaması: Qəzzadakı kimi humanitar fəlakətə səbəb olacaq

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İsrailin Livandakı yaşayış məntəqələrini heç bir fərq qoymadan bombalaması Qəzzadakı kimi humanitar fəlakətə səbəb olacaq.Elchi.az  xəbər verir ki, Peskov İsrailin Livan ərazisinə hücumu ilə bağlı jurnalistlərə açıqlamalar verib.Livanda yaşayış məntəqələrinin bu qərəzsiz bombalanmasının çoxlu itkilərə səbəb olduğunu ifadə edən Peskov, “Bu, Qəzzada gördüyümüz kimi qaçılmaz olaraq humanitar fəlakətə səbəb olacaq ” – deyib.İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsindən sonra bölgədə böyük müharibə riskinin nə olduğu sualına Peskov “Bu risk çox yüksəkdir”- deyib.Nuranə Məmmədova 

Избранный
13
1
elchi.az

2Источники