RU

Ronaldu futbol tarixində növbəti ilki reallaşdıra bilər

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun üzvü Kriştianu Ronaldu futbol tarixində ilki reallaşdıra bilər.

Yeni müqavilə üçün komandası ilə danışıqlara başlayan 39 yaşlı forvard peşəkar karyerasını davam etdirmək və 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq istədiyini bildirib.

Ulduz oyunçu növbəti mundialda çıxış edəcəyi təqdirdə rekorda imza ata bilər. Bununla o, 6 müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu kimi tarixə düşəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm bütün turnirlərdə 7 matçda meydana çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. \\Ölkə.Az 

Избранный
3
7
hurriyyet.az

8Источники